65
Bakıda ödənişli hərəkət zonaları yaradılması layihəsi üzrə texniki məsləhət xidmətinə 307 000 AZN sərf olunacaq.
Sesxeber.com bildirir ki, vəsaiti “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” (AYNA) publik hüquqi şəxsi ayırıb.
Məbləğ məsləhətçi “İdom Consulting Engineering & Architecture S.A.A” şirkətinə ödəniləcək.
AYNA və şirkət arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Qeyd edək ki, 1957-ci ildən fəaliyyət göstərən “IDOM Consulting, Engineering & Architecture S.A.A.” şirkəti İspaniyaya məxsus şirkətdir. Baş ofisi Bilbao şəhərində yerləşir. Şirkət mühəndislik, memarlıq, konsaltinq və layihələndirmə xidmətləri göstərir.