Rusiyanın Başqırdıstan Respublikasında bir sakin təxminən iki il boyunca tənəffüs borusunda (bronxunda) diş protezi ilə gəzib.
Sesxeber.com bildirir ki, uzun müddət davam edən öskürəyi yaşa və soyuqdəyməyə bağlayan kişi yalnız vəziyyəti kəskin pisləşdikdən sonra xəstəxanaya müraciət edib.
Pasiyentdə sətəlcəm şübhəsi olsa da, müayinə zamanı onun sağ bronxunda yad cisim aşkar olunub. Məlum olub ki, kişi təxminən iki il əvvəl yuxuda diş protezini itirib, lakin onun tənəffüs yollarına düşə biləcəyinə ehtimal verməyib.
Həkimlər bronxoskopiya vasitəsilə xüsusi ilmə ilə protezi toxumalara zərər vurmadan çıxarıblar. Hazırda pasiyentin səhhəti yaxşıdır və bərpa prosesi keçir.