Quba–Bakı yolunun Ekoloji Nəzarət Stasionar Postundan Sulutəpə istiqamətinə olan hissəsində təmir-bərpa işləri ilə əlaqədar hərəkət günün sonunadək müvəqqəti məhdudlaşdırılıb.
Sesxeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə alternativ olaraq Xocəsən dairəsindən Sulutəpə istiqamətinə hərəkət etməyi və müvəqqəti yol nişanlarının tələblərinə əməl etməyi tövsiyə edir.
Ərazidə nəqliyyatın tənzimlənməsi üçün DYP əməkdaşları tərəfindən tədbirlər görülür.