Bu gün Fars körfəzində ticarət gəmisinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması tərəfindən hücuma məruz qaldığı bildirilir.
Sesxeber.com bildirir ki, görüntülərdə gəmiyə zərbə endirildiyi anlar və göyərtədə baş verən güclü yanğın əks olunub.
Məlumata görə, SEPAH gəmiyə naviqasiya qaydalarını pozduğu və strateji əhəmiyyətli ərazidə icazəsiz marşrutla hərəkət etdiyi iddiası ilə zərbə endirib.
Eyni zamanda, yaxınlıqdakı gəmilərin heyətlərinə və təcili yardım xidmətlərinə ərazidə gəmiçilik üçün yarana biləcək təhlükə barədə xəbərdarlıq edilib.