Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb.
Sesxeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Nəticədə prospektdən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.
Polis tərəfindən zəruri işlər görülsə də yaranmış vəziyyət uzun müddət nəqliyyatın hərəkətində gecikmə və sıxlıq yaradıb.