43
“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Almaniyanın “Borussiya” (Dortmund) klubuna 1:2 hesabı ilə məğlub olub.
Sesxeber.com xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilib.
Qonaqların heyətində Seru Qirassi 10-cu və 53-cü dəqiqələrdə fərqlənərək dubl edib. “Sabah”ın yeganə qolunu isə 39-cu dəqiqədə Eyden Makkarti vurub.
Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda turnirdə növbəti oyununu noyabrın 4-də Norveçdə “Vikinq” klubuna qarşı keçirəcək.