92
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkədə yeni qeydə alınmış xəstəliklərin sayı 2020-ci illə müqayisədə 715 min 824 hal artıb.
Sesxeber.com məlumata əsasən bildirir ki, ən çox tənəffüs sistemi xəstəlikləri qeydə alınıb – 841 min 789 hal. Qan dövranı sistemi xəstəliklərinin sayı isə 247 min 19 olub.
Onkoloji xəstəliklərin sayı 42,2% artaraq 17 min 199-a çatıb. Göz xəstəlikləri üzrə artım 88,4%, həzm sistemi xəstəlikləri üzrə isə 43,2% təşkil edib.
Yoluxucu və parazitar xəstəliklərin sayında isə 11,8% azalma qeydə alınıb.