Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin bu gün keçirilən iclasında sədr səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi yekdilliklə qərara alınıb.
Sesxeber.com bildirir ki, Şəfiqə Məmmədova eyni zamanda AKİ sədrliyinə vahid namizəd kimi təsdiqlənib.
Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi yekdilliklə qərara alınıb.
İttifaqın növbəti Konfransı 11 sentyabr 2026-cı ildə keçiriləcək. İclasda İdarə Heyətinin üzvü və icraçı katib Əli İsa Cabarovun istefa ərizələri də qəbul edilib.
Bundan başqa, AKİ-nin üzvlük siyahısının dəqiqləşdirilməsi və bəzi üzvlərin fəaliyyətinə xitam verilməsi məsələsinə baxılması qərara alınıb.