39
30 avqustda Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi və yürüşü baş tutacaq.
Sesxeber.com bildirir ki, tədbir Dənizkənarı Milli Parkda başlayacaq. Retro avtomobillər daha sonra Azneft – Neftçilər prospekti – Heydər Əliyev prospekti – Aeroport yolu – Zaqulba – Sea Breeze marşrutu ilə hərəkət edəcək.
Yürüşün sonunda Sea Breeze Marina Bay ərazisində avtomobillər sərgilənəcək. Buradakı əyləncə tədbirinin sonunda qalib olan avtomobil sahibləri müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.