22
Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin Rusiyadakı həyatı ilə bağlı yeni məlumatlar yayılıb.
Sesxeber.com bildirir ki, Türkiyə mediasının yazdığına görə, 2024-cü ilin sonunda hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Moskvaya sığınan Əsəd artıq siyasi fəaliyyət göstərmir və diqqətini uzun illər əvvəl tərk etdiyi peşəsinə – oftalmologiyaya (göz həkimliyinə) yönəldib.
Məlumata görə, Moskvada ailəsi ilə birlikdə qapalı və ciddi mühafizə olunan şəraitdə yaşayan keçmiş Suriya lideri rus dilini öyrənir, tibbi biliklərini yeniləyir və oftalmologiya üzrə dərslərdə iştirak edir.
Mənbələr bildirirlər ki, Əsəd siyasi gündəmdən tamamilə uzaqlaşıb və vaxtının böyük hissəsini tibb sahəsində biliklərini bərpa etməyə sərf edir.