17
“Dövlət özəl məktəbəqədər təhsil müəssisələrinin təklif etdiyi xidməthaqqının 70 faizini maliyyələşdirəcək”.
Sesxeber.com bildirir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
O bildirib ki, bu maliyyə dəstəyi Bakı şəhərində 350 manatdan, regionlarda isə 250 manatdan çox olmamaq şərti ilə veriləcək:
“Ayrılan vəsait xidməthaqqının əhəmiyyətli hissəsini qarşılayır. Hesab edirik ki, bir çox ailə bu imkanlardan yararlanacaq. Bu mexanizm bir tərəfdən dövlət uşaq bağçalarında növbədə gözləyən uşaqların sayının azalmasına, daha çox uşağın məktəbəqədər təhsilə çıxışına şərait yaradacaq”.