71
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsini müzakirə edərək müvafiq qərar qəbul edib.
Sesxeber.com bildirir ki, qərarın qəbulunda onun dövlətə xəyanət və digər cinayətlərdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü əsas götürülüb. Yaşı və səhhəti nəzərə alınaraq cəza şərti tətbiq edilib.
AMEA Rəyasət Heyətinin qərarı oktyabrın 30-da keçiriləcək Ümumi Yığıncaqda təsdiqlənməlidir.
Məhkəmənin hökmü ilə Ramiz Mehdiyevin əmlakının müsadirə olunması və dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi də qərara alınıb.