63
2025-ci ildə Azərbaycanda 48 546 nikah və 20 675 boşanma qeydə alınıb.
Sesxeber.com xəbər verir ki, əvvəlki illə müqayisədə nikahların sayı 1,9%, boşanmaların sayı isə 3,3% azalıb.
2011-ci illə müqayisədə nikahlar 44,9% azalıb, boşanmalar isə 92,4% artıb.
Ötən il ilk nikaha daxil olan qadınların orta yaşı 25,1, kişilərin isə 30,1 olub.
Boşanmaların ən çoxu 10-19 il davam edən nikahlarda qeydə alınıb. Bu müddətdə 7 354 ailə boşanıb.
Qadınlar arasında boşanmalar ən çox 30-34, kişilər arasında isə 35-39 yaş qrupunda olub.