70
Azərbaycanda qızılın qiymətində ilin əvvəlindən ciddi ucuzlaşma qeydə alınıb.
Sesxeber.com bildirir ki, Mərkəzi Bankın açıqladığı məlumata görə, hazırda bir qram qızılın qiyməti 226 manat 76 qəpik təşkil edir. Yanvarın sonunda isə bu göstərici təxminən 305 manat olub.
Beləliklə, son 9 ayda qızılın bir qramı təxminən 78 manat və ya 25,7% ucuzlaşıb.
Pərakəndə satışda qızıl-zinət əşyalarının qiymətində də azalma müşahidə olunub. Yanvarda 585 əyarlı qızıl-zinət əşyalarının bir qramının orta satış qiyməti 195 manat olduğu halda, hazırda qiymət təxminən 165 manatdır.
Bu isə 9 ay ərzində təxminən 15% ucuzlaşma deməkdir.