Bu gün Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Sesxeber.com bildirir ki, “Azərişıq” ASC-nin məlumatına görə, təmir və yenidənqurma işləri ilə əlaqədar aşağıdakı ərazilərdə məhdudiyyət tətbiq ediləcək:
Yasamal – 10:00-dan 13:00-dək:
Abbas Mirzə Şərifzadə, Dadaş Bünyadzadə, Mirəli Seyidov, Nazim Hikmət, Tağı Şahbazi küçələri və İnşaatçılar prospektinin bir hissəsi.Səbail – 11:00-dan 16:00-dək:
Badamdar şossesinin bəzi əraziləri və 2-ci yaşayış massivi, 2-ci dalan.Binəqədi – 10:00-dan 16:00-dək:
10 May küçəsi və Binəqədi qəsəbəsinin bir sıra əraziləri.Abşeron – 10:00-dan 15:00-dək:
Abşeron, Ağaxan Abdullayev, Akim Abbasov, Alı Mustafayev, İlyas Bayramov, İstiqlaliyyət, Qəzənfər Əlizadə, Mirvari Dilbazi, Mübariz İbrahimov, Rəşad Hüseynov, Rizvan Həşimov, Şıxəli Qurbanov və Turqud Xəlilbəyli küçələri.
İşlər başa çatdıqdan sonra ərazilərin elektrik enerjisi ilə təchizatı bərpa olunacaq.