Türkiyəli psixoloq Fatih Reşitin kapitalizm, ailə institutu və istehlak mədəniyyəti ilə bağlı fikirləri gündəm olub.
Sesxeber.com bildirir ki, Fatih Reşitə görə, kapitalist sistem ənənəvi ailə modelini zəiflədərək qadınların əmək bazarına cəlb olunmasını təşviq edib. O iddia edib ki, bunun nəticəsində ailədə kişinin iqtisadi və sosial nüfuzu azalıb.
“Kapitalizm kişiləri sevmir. Əgər kişi ailənin başçısıdırsa, ev təsərrüfatında son söz kişiyə məxsusdursa, kapitalizmin gəmisi yerimir. Bunun üçün də nəyə əl atdılar? Kapitalizm qadınları evdən çıxardı, onları işlətdi, öz pullarını qazanmaqlarına imkan yaratdı. Daha sonra da təkcə qadının pulunu geri almadı, onu ərinə qarşı təhrik etdi. Kişinin dominantlığını, nüfuzunu məhv etdi.”, – deyə o bildirib.
Fatih Reşit istehlak mədəniyyətini də tənqid edərək şəxsi təcrübəsini nümunə göstərib. O, Edremitdən aldığı əl istehsalı zeytun yağlı sabundan uzun müddət istifadə etdiyini, buna görə də şampun, saç kremi və digər kosmetik vasitələrə ehtiyac duymadığını söyləyib.
“Əl istehsalı zeytun yağı sabunu almaq üçün Edremitə getdim. Dedim ki, mənə bir çanta sabun ver. Bir çanta aldım və bir il kosmetik ehtiyaclarımı ödədi. Şampun yox, saç düzümü məhsulu yox, saç balzamı yox. Kapitalizm məni istəyərmi? Bu səbəbdən kapitalizm deyir ki, ən yaxşı kişi ölü kişidir.”, – deyə Fatih Reşit bildirib.