ABŞ Prezidenti Donald Trampın çıxışı zamanı arxa sırada əyləşən şəxslərdən biri onun hərəkətlərini təqlid edib.
Sesxeber.com bildirir ki, həmin an kameraların diqqətindən yayınmayıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Kadrlardan görünür ki, Tramp daxili və xarici gündəmlə bağlı ciddi bəyanatlar verdiyi bir zamanda arxada əyləşən qara kostyumlu və çəhrayı qalstuklu bir gənc üz ifadələrini dəyişir və dövlət başçısının məşhur bədən dilini təqlid edir. Təhlükəsizlik xidməti əməkdaşlarının və tədbir təşkilatçılarının müdaxilə etməməsi isə bu maraqlı anların canlı yayımda nümayiş olunmasına şərait yaradıb.
Görüntülərin əks olunduğu xəbərlər dünya mətbuatında və sosial şəbəkələrdə ən populyar videolar sırasına daxil olub.