8
Moskvada avtomobilin mühərrik hissəsinə girərək orada sıxılıb qalan və vəziyyətindən kəskin narazı olan pişik xilasedicilər tərəfindən çıxarılıb.
Sesxeber.com bildirir ki, avtomobil sahibi heyvanı özü çıxara bilmədikdə xüsusi xilasetmə xidmətinə müraciət edib.
Xilasedicilər qrupu pişiyə xəsarət yetirmədən onu avtomobildən çıxarmağı bacarıblar.
Xilas edilən pişiyi yaxınlıqdakı binanın sakinləri öz öhdəliklərinə götürərək ona sığınacaq veriblər.