10
“Forbes” jurnalının məlumatına əsasən, biznesmenin sərvəti 154,7 milyard dollara düşüb.
Sesxeber.com bildirir ki, bununla da o, “Forbes”in milyarderlər siyahısında 8-ci yerdən 10-cu yerə geriləyib. Həmin müddətdə “Nvidia”nın səhmləri 5 faiz ucuzlaşıb.
Nəşrin məlumatına əsasən, şirkətin direktorlar şurası Çinə casusluqda ittiham olunan qadınla Huang arasındakı münasibətlərlə bağlı araşdırmaya başlayıb. Şirkət rəhbəri şübhəli şəxslə romantik münasibətdə olduğunu etiraf edərək məsuliyyəti üzərinə götürdüyünü və istintaqla əməkdaşlıq edəcəyini bildirib.