Yeni tədris ili üçün məktəbli formalarının qiymətləri açıqlanıb.
Sesxeber.com bildirir ki, bu barədə Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov məlumat verib.
Bildirilib ki, hazırda bütün model və ölçülər mövcuddur.
“Bütün mağazalarımız gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Satış mərkəzlərimizdən alınan bütün məktəbli formalarına 1 il zəmanət veririk. 8 mağazamız il ərzində istirahətsiz fəaliyyət göstərsə də, mövsüm indi başlayıb. Kifayət qədər malımız var, istənilən qədər forma istehsal edə bilərik. Bütün model və ölçüləri də mövcuddur”.
E.Əzimov formaların qiymətləri barədə də məlumat verib. Onun sözlərinə görə, ötən tədris ilində müəyyənləşdirilmiş endirimli qiymətlər olduğu kimi qalır və heç bir dəyişiklik tətbiq edilməyib:
26–54 ölçü: qısaqol köynək – 12 manat
26–54 ölçü: uzunqol köynək – 14 manat
26–54 ölçü: şalvar və ətək – 15 manat
30–50 ölçü: nazik jaket – 20 manat
30–50 ölçü: kapüşonlu jaket – 25 manat
26–54 ölçü: qalın jaket – 22 manat
56, 58 və 60 ölçülü şalvar, ətək və köynəklərin qiymətinə əlavə parça sərfiyyatına görə 5 manat əlavə olunur.