Bu gün “Qarabağ”ın UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin cavab görüşündə Kiyev “Dinamo”suna qarşı keçiriləcək oyunu ilə əlaqədar “Bakı metropoliteni” QSC-də iş rejimi dəyişdiriləcək.
Bu barədə sesxeber.com-a səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq, növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək”.
Xatırladaq ki, “Qarabağ” – “Dinamo” matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Tərəflər arasında Polşada baş tutan ilk görüş Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.