134
Böyük Britaniyada dizel yanacağının orta qiyməti ABŞ-İran münaqişəsi fonunda tarixi maksimuma çatıb.
Sesxeber.com bildirir ki, RAC-ın məlumatına əsasən, ölkədə dizel yanacağının 1 litrinin orta qiyməti 1,9918 Britaniya funt sterlinqi təşkil edib. Bu, 2022-ci ilin iyununda qeydə alınmış əvvəlki rekord qiyməti – 1,9909 funt sterlinqi ötüb.
Beləliklə, 55 litrlik çənə malik ailə avtomobilinin yanacaq çəninin tam doldurulması təxminən 110 funt sterlinqə başa gəlir ki, bu da ABŞ-İran münaqişəsinin başlanğıcındakı göstəricidən 31 funt sterlinq çoxdur.