1 avqust -Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “MilliProqram” üzrə ana dilində olan təlim və kursların sayı daha dagenişləndirilib.
“Milli Proqram”ın3-cü mərhələsi çərçivəsində “Coursera” platformasında daha 750 təlim Azərbaycan dilinə tərcümə edilərək vətəndaşların istifadəsinə verilib. Bununla da platformada Azərbaycan dilindətəlimlərin sayı 3 250-yə çatdırılıb. (Azərbaycan dilində olan təlimlərin siyahısı – https://shorturl.az/GCuWC)
Yeni əlavə olunan təlimlər süni intellekt və data analitikası, biznes və idarəetmə, proqram təminatının hazırlanması, liderlik, kibertəhlükəsizlik, bulud texnologiyaları, dayanıqlılıq və mühəndislik, şəxsi inkişaf və digər istiqamətləri əhatə edir.