51
Müğənninin ölümündən 17 il sonra milyardlıq sərvət uğrunda mübarizə davam edir.
Sesxeber.com bildirir ki, Paris Cekson mirasın milyardlarla gəlir gətirdiyini, lakin mərhum sənətkarın övladlarının hələ də bundan pay almadıqlarını bildirib.
O, 600 milyon dolların qardaşları ilə birlikdə onların ailə fonduna köçürülməsini tələb edir. Vəsiyyətə görə, uşaqlar gəliri 21 yaşında, əsas hissəni isə mərhələli şəkildə 30, 35 və 40 yaşlarında almalı idilər.
Miras nümayəndələri ittihamları rədd edirlər. Növbəti məhkəmə iclası dekabrın 4-nə təyin olunub.