69
Məşhur fransız görücü Nostradamusun 2027-ci illə bağlı olduğu iddia edilən proqnozları yenidən müzakirələrə səbəb olub.
Sesxeber.com bildirir ki, xarici mediada yayılan məlumatlara görə, onun əsərlərinin bəzi müasir şərhlərində 2027-ci ildə güclü meşə yanğınları, ekstremal hava hadisələri, iqtisadi böhranlar və hətta dünyanın sonu ilə bağlı ehtimallar irəli sürülür.
Bəzi şərhçilər Nostradamusun yazılarını 2028-ci ildən əvvəl mümkün maliyyə böhranı ilə əlaqələndirirlər. Digər nəzəriyyələrdə isə Papa XIV Leonun sonuncu papa ola biləcəyi iddia edilir.
Lakin Nostradamusun əsərlərində 2027-ci il konkret göstərilməyib. Bu iddialar onun əsərlərinin sonradan verilmiş fərqli şərhlərinə əsaslanır və elmi təsdiqi yoxdur.