33
2026–2027-ci tədris ilində 10–11-ci sinifləri əhatə edən yeni təmayül tədris modeli tətbiq olunur.
Sesxeber.com bildirir ki, məqsəd şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məktəbdə gücləndirilmiş tədris vasitəsilə ali məktəblərə qəbul üçün zəruri bilik və bacarıqlar qazanmasıdır.
Cari tədris ilində tam orta təhsil səviyyəsində yeni təmayül tədris modeli ümumilikdə 14 təhsil müəssisəsində təşkil edilib. Həmin məktəblərdə proqram üzrə X siniflər üzrə 1178 nəfər, XI siniflər üzrə isə 406 nəfər olmaqla, ümumilikdə 1584 şagird təhsil alır və bu prosesə xüsusi meyarlar əsasında seçilmiş 263 müəllim cəlb edilib.