18
Rusiyanın bir sıra regionlarında bəzi qadınların hərbi komissarlıqlardan (voyenkomat) rəsmi çağırış vərəqələri alması barədə məlumatlar yayılıb.
Sesxeber.com bildirir ki, rəsmi qurumlar yaranan narahatlıq fonunda məsələyə aydınlıq gətiriblər.
Hərbi komissarlıqlar bu çağırışların hərbi uçot məlumatlarının dəqiqləşdirilməsi və qadınlara müqaviləli hərbi xidmətə (kontrakt) qəbul olunmaq barədə təkliflərin təqdim edilməsi məqsədi daşıdığını bildirirlər.