Sosial şəbəkədə nalayiq ifadələr işlədən daha bir nəfər həbs edilib.
Sesxeber.com bildirir ki, 25 yaşlı Vahid Hüseynov (şərti adla) “Instagram” sosial şəbəkəsində özünə məxsus “vaxa.guseynov” hesabında nalayiq ifadələr paylaşıb. Bununla da o, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.
Vahid Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə maddəsilə protokol tərtib olunub.
Vahid Hüseynov ifadəsində bildirib ki, sadəcə səhifəsində video paylaşıb. Axşam yatandan sonra həmin video haqqında çoxlu fikirlər yazıldığı üçün onu silib.
Məhkəmənin qərarı ilə V. Hüseynov 15 gün müddətinə inzibati qaydada həbs edilib.