27
Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək
Sesxeber.com bildirir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli açıqlama verib.
ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatına həsr olunan mətbuat konfransında fikirlərini bölüşüb:
“Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək. Elcan Hacıyevin iştirakı isə sual altındadır. O, əməliyyatdan sonra hazırda Yaponiyada təlim-məşq toplanışındadır. Komandanın heyəti daha sonra bəlli olacaq”.