Tarixin ən böyük kriptovalyuta oğurluqlarından biri baş verib. Naməlum hakerlər “Binance” kriptobirjasının sistemlərinə müdaxilə edərək cəmi 20 dəqiqə ərzində 6,3 milyard dollar dəyərində kriptovalyuta ələ keçiriblər.
Sesxeber.com bildirir ki, hücumun arxasında Şimali Koreya hakerlərinin dayandığı ehtimal olunur.
Bildirilir ki, onlar sistemlərə şirkətin proqram təminatı üzrə mütəxəssislərindən birinə məxsus, təhlükəsizliyi pozulmuş noutbuk vasitəsilə daxil olublar.
“Binance” istifadəçilərin vəsaitlərinin hazırda təhlükəsiz olduğunu açıqlayıb və dəymiş zərəri tam qarşılamağa söz verib. Oğurlanan kriptovalyutanın təxminən 3 milyard dollar dəyərində hissəsini dondurmaq mümkün olub.