35
“Bu gecə ABŞ İrana çox ciddi zərbə endirəcək. Onlar bu barədə heç nə edə bilməzlər”.
Sesxeber.com bildirir ki, bu sözləri Amerika Prezidenti Donald Tramp amerikalı radioaparıcı Hyu Hyuittə müsahibəsində qeyd edib.
ABŞ Hörmüz boğazı ilə bağlı İranın bütün hərbi imkanlarını məhv etmək niyyətindədir. Tramp, həmçinin ABŞ-ın İranın Natanz şəhərində yerləşən nüvə obyektinə də “çox yaxın zamanda” hava zərbəsi endirə biləcəyini istisna etməyib.
ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton İranın hazırkı hakimiyyət nümayəndələrini də hədəfə ala bilər.
“Onlar son dərəcə etibarsız insanlardır. Açığını desəm, əgər onların nə vaxtsa nüvə silahı olsaydı, bir günün içində istifadə edərdilər”, – deyə Tramp vurğulayıb.