31
Dubay şokoladı ətrafındakı ajiotajdan sonra aşpazlar yeni bir təcrübəyə başladılar. Bu dəfə onlar şokoladı orijinal Daşkənd plovu ilə birləşdirmək qərarına gəliblər.
Sesxeber.com bildirir ki, bunun üçün Qazaxıstan şokoladından istifadə edilib. Əridilmiş isti şokolad qəlibə tökülüb və içinə plovun əsas tərkib hissələri – düyü, ət və bildirçin yumurtası əlavə edilib.
Nəticədə adi şokolad batonuna bənzəyən, lakin içərisində plov olan qeyri-adi bir desert alınıb.