Sosial şəbəkədə etik qaydaları pozan daha bir tiktoker saxlanılıb.
Sesxeber.com bildirir ki, məlumata görə, 43 yaşlı Samirə Baxışova (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus “səhra çiçəyi 999” profilində canlı yayım açaraq, nalayiq ifadələr işlədib.
Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.
Faktla bağlı Samirə Baxışova yaşadığı ərazi üzrə polis orqanına çağırılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.