“Pew Research Center”in son sorğusu Cənubi Koreyada ABŞ-yə münasibətdə tarixi dönüş nöqtəsinin qeydə alındığını təsdiqləyir:
Respondentlərin 55%-i Birləşmiş Ştatlara qarşı mənfi (unfavorable) münasibət sərgiləyib (ötən il bu rəqəm 39% idi). Bu, son 20 ildən artıq müddətdə aparılan müşahidələrdə ilk dəfədir ki, cənubi koreyalıların əksəriyyətinin ABŞ-ni mənfi qiymətləndirdiyini göstərir. Vaşinqtona müsbət yanaşanların payı isə azlığa düşərək 45% təşkil edib (ötən illə müqayisədə kəskin azalma müşahidə olunub).
Bu dəyişikliyə səbəb olan əsas amillər arasında ticarət siyasəti, gömrük rüsumları və ikitərəfli münasibətlərdəki gərginliklər göstərilir.