52
Ötən gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində “Hapoel”i (Beer-Şeva, İsrail) 5:2 hesabı ilə məğlub edən “Sabah” ölkənin əmsalını artırıb.
Sesxeber.com bildirir ki, Azərbaycan 23.687 əmsalla 25-ci pilləyə yüksəlib. Ölkə bununla da 22.843 əmsala malik Sloveniyanı geridə qoyub. 24-cü pillədə isə İsrail (23.750) qərarlaşıb.
Xatırladaq ki, hazırda reytinq cədvəlinə 101.907 əmsalla İngiltərə başçılıq edir.