22
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları 1 saylı cəzaçəkmə müəssisəsində poçtla gələn tərliyin dabanında, Bakı istintaq təcridxanasında isə həyat yoldaşının gətirdiyi paltara tikilmiş formada müxtəlif çəkilərdə marixuana, heroin və metamfetamin aşkarlayıblar.
Sesxeber.com bildirir ki, hazırda faktlarla bağlı araşdırma aparılır.
Nazirlik penitensiar müəssisələrə qadağan olunmuş əşyaların ötürülməsinin cinayət məsuliyyəti yaratdığını xatırladır.