35
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Sabah”ı 2:1 hesabı ilə məğlub edən “Borussiya Dortmund”un futbolçuları Bakı Olimpiya Stadionunda duş qəbul etməyiblər.
Sesxeber.com “Bild” nəşrinin məlumatına əsasən bildirir ki, buna səbəb stadionun su sistemində legionella bakteriyalarının ola biləcəyi ehtimalıdır.
Baş məşqçi Niko Kovaç bildirib ki, futbolçulara həm oyundan, həm də əvvəlki məşqdən sonra stadionda duş qəbul etməmək tapşırılıb. Komanda üzvləri qarşılaşmadan sonra birbaşa hotelə yollanıblar.