19
Azərbaycanın boccia üzrə milli komandasının üzvü Sona Ağayeva Misirin paytaxtı Qahirədə təşkil olunmuş “Cairo 2026 World Boccia Challenger” turnirində parlaq qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
BC2 kateqoriyasında mübarizə aparan paralimpiyaçımız həlledici qarşılaşmalarda Portuqaliya təmsilçisi Monika Kosta (Mónica Costa) və Yeni Zelandiya idmançısı Xloe Störtü (Chloe Sturt) məğlub edərək turnirin qalibi olub.
Qahirədə keçirilən bu turnir reytinq xarakteri daşıyır və idmançılara 2028-ci ildə Los-Ancelesdə (ABŞ) keçiriləcək Yay Paralimpiya Oyunlarına vəsiqə üçün vacib xallar qazandırır.