14
“Qarabağ”ın futbolçusu baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı Konfrans Liqasındanın 3-cü təsnifat mərhələsinin ilk görüşündə Kiyev “Dinamo”suna 0:1 hesablı məğlubiyyətlə bağlı paylaşım edib.
Sesxeber.com bildirir ki, o, bununla bağlı öz instaqram hesabında yazıb.
Musa Qurbanlı komandasının sona qədər döyüşəcəyini bildirib: “Hələ heç nə bitməyib, son dəqiqəyə kimi döyüşəcəyik. Bizim xarakterimizdə təslim olmaq yoxdur”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.