“Binance” kriptovalyuta birjası təxminən 6,34 milyard dollarlıq haker hücumunun necə həyata keçirildiyini açıqlayıb.
Sesxeber.com bildirir ki, şirkətin məlumatına görə, hakerlər hücuma aylarla hazırlaşıb, saxta iş müsahibələri, zərərli proqramlar və əməkdaşların giriş məlumatlarını ələ keçirməklə birjanın daxili sistemlərinə sızıblar.
Oktyabrın 20-də cinayətkarlar mühəndislərdən birinin yoluxdurulmuş kompüteri vasitəsilə tranzaksiyaların təsdiqlənməsi sisteminə giriş əldə ediblər.
Birja oktyabrın 29-da kiberhücum barədə məlumat yayıb. Potensial zərərin 6,3 milyard dollara çata biləcəyi bildirilib.
Vəsaitlərin çıxarılması funksiyası bərpa edildikdən sonra istifadəçilər platformadan təxminən 3,64 milyard dollar çıxarıblar.