37
Noyabrın 1-də Bakı bulvarında “Qələbə Moto Yürüşü 2026” festivalı təşkil olunacaq. Tədbir Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Motosiklet İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Sesxeber.com bildirir ki, festivalın əsas məqsədi Azərbaycanda motosiklet mədəniyyətini təbliğ etmək, motosiklet həvəskarlarını bir araya gətirmək, birlik və həmrəyliyi gücləndirməkdir. Tədbir çərçivəsində motosiklet yürüşü də təşkil ediləcək.
Qeyd edək ki, festival saat 13:00-da Dənizkənarı Milli Parkın ərazisində başlayacaq.