34
Bu ilin yanvar-sentyabr aylarında metro ilə sərnişin daşınması xidmətlərindən istifadə edənlərin sayı açıqlanıb.
Sesxeber.com bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, sözügedən say 156 milyon 158.2 min nəfər olub. 2025-ci ilin ilk 9 ayında isə bu rəqəm 162 milyon 575.8 nəfər olub.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda 1 milyard 771 milyon 305.6 min sərnişin daşınıb. Ötən ilin müvafiq dövründə isə 1 milyard 614 milyon 512.9 min sərnişin daşınıb.