Sentyabrın 21-dən 26-dək Bakıda bir sıra müntəzəm avtobus marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Sesxeber.com bildirir ki, dəyişikliyə əsasən, 1, 2, 4, 20, 46, 88A, 120, 120E və H1 nömrəli avtobuslar Kövkəb Səfərəliyeva küçəsi və Neftçilər prospekti ilə hərəkət edəcək. 20, 88A və 120E nömrəli marşrutların mərkəz istiqamətində hərəkəti isə Afiyəddin Cəlilov, Yusif Səfərov və 28 May küçələri ilə təşkil olunacaq.
5 və 6 nömrəli marşrutların hər biri iki ayrı istiqamət üzrə xidmət göstərəcək. 88, 10, 125 və 205 nömrəli avtobusların da hərəkət istiqamətlərində müvəqqəti dəyişikliklər tətbiq olunub.
149 və 149E nömrəli marşrutlar Sahil qəsəbəsindən, 195E nömrəli marşrut isə Ələt qəsəbəsindən “Binə” ticarət mərkəzinədək (“Lökbatan” NMM) fəaliyyət göstərəcək.
Bundan başqa, 72 və E1 nömrəli marşrutların fəaliyyəti müvəqqəti dayandırılıb.
Dəyişikliklər sentyabrın 26-dək qüvvədə olacaq.