30
“Sabah”ın Bakıdakı dörd ev oyununa vahid biletlər satışa çıxarılıb.
Sesxeber.com bildirir ki, bu barədə paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib.
Azarkeşlər bir bilet əldə etməklə Bakı Olimpiya Stadionunda komandanın “Slaviya” (Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya) və “Napoli”yə (İtaliya) qarşı keçirəcəyi dörd qarşılaşmanı canlı izləyə biləcəklər.
Biletlərin qiyməti 35-285 manat arasında dəyişir.
Alınmış biletlərin geri qaytarılmayacağı, dəyişdirilməyəcəyi və bərpa edilməyəcəyi bildirilib.