24
“Qarşıdakı dövrdə Bakı Metropolitenini sürətli inkişaf planları gözləyir”.
Sesxeber.com xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, on yeni stansiyanın inşa olunması ilə əlaqədar Bakı Metropolitenində müxtəlif istiqamətlərdə tədbirlərə başlanılıb:
“Bu on yeni stansiya şəhərin ictimai nəqliyyat sektorunun ümumilikdə sosial mühitini tamamilə dəyişəcək, axınların qarışmasının, şəhərdə yaranmış tıxacların və digər məsələlərin müsbət istiqamətdə həllinə təkan verəcək. On yeni stansiyanın inşası ilə Bakı Metropoliteninin daşıyıcılıq qabiliyyəti artacaq”.