22
Azərbaycanın yeniyetmə üzgüçüsü Mehri Ağayeva (8 yaş) Bolqarıstanda keçirilən “Sofia Diving Cup” beynəlxalq turnirində gümüş medal qazanıb.
Sesxeber.com bildirir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.
O, bir metr hündürlükdəki tramplindən sula tullanmada buna nail olub.
İdmançı 115.20 xalla 15 idmançı arasında 2-ci yeri tutub.Eyni kateqoriya üzrə ötənilki yarışda onun nəticəsi 72.95 xal (11-ci yer) olmuşdu.