Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.
Sesxeber.com bildirir ki, Qırğızıstana işgüzar səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya qarşılama zamanı VI Ümumdünya Köçəri Oyunlarının maskotları – talismanı sayılan Qar bəbiri oyuncaqları hədiyyə edilib.
Qeyd edək ki, oyunların açılış mərasimi bu gün baş tutacaq.