Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Qırğızıstanın paytaxtı Bişkek şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünə dair paylaşım edilib.
Görüşdə 8 avqust 2025-ci il Vaşinqton Sülh Zirvə görüşünün nəticələri, Birgə Bəyannamə və sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyəti vurğulanıb.
Tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, Azərbaycan ərazisi ilə tranzit, iki ölkə arasında ticarət və enerji əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Həmçinin dövlət sərhədinin delimitasiyası, TRIPP layihəsinin həyata keçirilməsi və qarşılıqlı etimadın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyev və Nikol Paşinyan davamlı sülhün möhkəmləndirilməsi, münasibətlərin normallaşdırılması və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.
Sesxeber.com görüşdən çəkilən kadrları təqdim edir: