Prezident İlham Əliyev internet resurslarında müəyyən məlumatların yerləşdirilməsi ilə bağlı qanun dəyişikliklərini təsdiqləyib.
Sesxeber.com bildirir ki, yeni qaydalara əsasən, bəzi hallarda saytlara və ya onların ayrı-ayrı hissələrinə giriş müvəqqəti məhdudlaşdırıla bilər.
Məhdudlaşdırma tətbiq edilə biləcək məlumatlara narkotik vasitələrin hazırlanması və istifadəsi ilə bağlı təlimatlar, qanunsuz əldə etmə yolları, təhqir, böhtan və şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar daxildir.
Həmçinin insanların həyatına və sağlamlığına zərər vura biləcək, ictimai təhlükəsizliyi poza biləcək, maliyyə, nəqliyyat, rabitə, energetika və digər vacib infrastruktur obyektlərinin fəaliyyətinə təhdid yaradan yalan məlumatların yayılması zamanı da məhdudiyyət tətbiq edilə bilər.