“Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün Dövlət Proqramı yeni qəbul olunub və hazırda onun icrasına başlanılır”.
Sesxeber.com bildirir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O bildirib ki, icra prosesi davam etdikcə ölkədə məhsul, ət istehsalının artımına nail olmağa çalışılacaq:
“Dövlət Proqramı yeni qəbul olunub. Dövlət Proqramının iş icrası hələ indi-indi başlayacaq icra olunmağa. İcra olunduqca ölkədə məhsul, ət istehsalının artımına nail olmağa çalışacağıq. Ət istehsalı artdıqca da qiymət daha stabilləşəcək”, – nazir əlavə edib.